Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri iyulun 18-də başa çatıb. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Latviyanın rəsmi şəxsləri yola saldılar.