Almaniyanın məşhur "Mercedes-Benz" avtomobil şirkəti ilk "pikap" modelinin təqdimatını keçirib.
"Mercedes X-Class"ın qiyməti Almaniyada 37 300 avrodan başlayacaq.
Noyabr ayında satışa çıxarılacaq avtomobil 2018-ci ildə Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyaya, 2019-cu ildə isə Latin Amerikasına ixrac ediləcək.
"Mercedes" bu "pikap"la "Ford F150", "Nissan Navara", "Toyota Hilux" və "Volkswagen Amarok" kimi avtomobillərə rəqib olacaq.
"X-Class"-ın hündürlüyü 5.34, eni isə 1.92 metrdir. "Pikap" ikisi dizel, biri isə benzin yanacağı sərf etməklə üç fərqli motorda təqdim ediləcək.