İtaliya alimləri həcmi 50 mikronu (0.05 millimetr) keçməyən bakteriyalarla işləyən mühərrik ixtira ediblər. Mühərriki bağırsaq çöpləri işə salır.
Təhsil-press.az İtaliya Milli Tədqiqatlar Şurasının Nanotexnologiyalar İnstitutuna istinadla xəbər verir ki, bu elmi müəssisənin alimləri bakteriyaların suda üzmək bacarığından istifadə edərək, gen modifikasiyası vasitəsilə onu təkmilləşdiriblər.
Birhüceyrəli orqanizmlər hərəkətdə olarkən asimmetrik formalı dişləri olan çarxı hərəkətə gətirir və dəqiqədə iki dövr edir. Alimlər işığın köməyi ilə bu prosesə nəzarət üsulunu aşkar ediblər və bu, elmdə əsl sıçrayışdır. Mikromühərrik işıq şüalarının təsiri altında fəaliyyətə başlayır və qaranlıqda dayanır.
Layihənin rəhbəri, fizik Roberto Di Leonardo bildirib ki, bu, tezliklə “bakterial” mühərrikin işini avtomatlaşdırmağa imkan verəcək və onu kompüterə tabe edəcək. Bu ixtira müxtəlif sahələrin işinə töhfə verə bilər və onun, həmçinin tibb sahəsində geniş tətbiqi gözlənilir.
Təhsil-press.az