İşığın köməyi ilə çap texnologiyası hazırlanıb

İşığın köməyi ilə çap texnologiyası hazırlanıb Beynəlxalq tədqiqatçılar qrupu tərəfindən hazırlanmış ultrabənövşəyi lampanın köməyi ilə işıq çapı texnologiyası mətni eyni səth üzərində 80 dəfəyə kimi yazmağa və silməyə imkan verir.

Təhsil-press.az xəbər verir ki, yeni texnologiyanın sirri xarici təsir nəticəsində rəngini dəyişən nanozərrəciklərdən ibarət nazik örtükdədir.
Şandun Universitetinin alimləri Kaliforniya Universiteti və Lourens Berkli Milli Laboratoriyasından olan həmkarları ilə birgə bu texnologiyanı “işıq çapı kağızı” adlandırıblar. Çap prosesində adətən “rəngsiz fonda göy rəng” yaradılır, çünki bu halda yazı daha yaxşı oxunur, hərçənd əksinə də mümkündür.
Çap edildikdən sonra yüksək ölçüyə malik təsvir sənəd üzərində beş gün qalır. Bundan sonra yavaş-yavaş yoxa çıxır və sənədin fonu göy rəngə çalır. Mətni tez silmək üçün kağızı 10 dəqiqə ərzində 120 Selsi dərəcəyədək qızdırmaq lazımdır.
Yeni texnologiya təbii resurslara qənaət etməyə imkan verəcək.

Təhsil-press.az

Oxşar xəbərlər