
Təhsil-press.az www.iсt.az saytına istinadla xəbər verir ki, Koreya tədqiqatçıları araşdırmalarında sadə, yüksək keyfiyyətli ekrandan, məlumat daşıyıcısı kimi isə optik dalğa cəbhəsinin yaradılması üçün xüsusi modulyatordan istifadə ediblər. Daha əvvəl holoqrafik qurğularda işığın yayılması arzuedilməz hadisə hesab olunsa da, artıq işığın “düzgün” yayılmasından istifadə etməklə daha əvvəl hazırlanmış istənilən analoji holoqramın göstəricilərini iki min beş yüz dəfə üstələyən geniş baxış bucağı əldə edilib.
Koreya alimləri hesab edirlər ki, onların tətbiqi böyük, keyfiyyətli və əlyetərli üçölçülü holoqrafik ekranların yaradılmasında ilk addım ola bilər ki, bu da həkimlərin, mühəndis və alimlərin işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.
Təhsil-press.az