UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 2016/17-cı tədris ili üçün məzun monitorinqi aparılıb.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib.
81% magistraturaya qəbul olunub, 3% isə hərbi xidmətdədir. Monitorinq zamanı məzunlardan 16%-nin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub. Magistraturaya qəbul olunanlardan 54%-i Azərbaycanda, 46%-i isə xaricdə təhsilinə davam edəcəklər.
Məzunlar təhsillərini London School of Economics and Political Science, University of Bologna, University of Rome Tor Vergata, Corvinus University, Sapienza kimi nüfuzlu universitetlərdə davam etdirirlər.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinq hər il davam etdirilir.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti