İstanbulda leysan səbəbindən Bakıdan uçuşlar ləğv olunmayıb

İstanbulda leysan səbəbindən Bakıdan uçuşlar ləğv olunmayıb İstanbulda leysan və şiddətli külək səbəbindən Bakıdan və geri uçuşlar ləğv olunmayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından Təhsil-press.az-a bildiriblər ki, Bakı-İstanbul marşrutu üzrə bəzi ləngimələr olsa da, uçuşlar ləğv olunmayıb.
Qeyd edək ki, iyunun 27-də başlayan güclü külək və leysan İstanbulda fəsadlar törədib, ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb.

Təhsil-press.az

Oxşar xəbərlər