BUNLARI BİLMƏK MARAQLIDIR!

BUNLARI BİLMƏK MARAQLIDIR!
Göbələk ətə bərabər tutulur


BUNLARI BİLMƏK MARAQLIDIR!

Göbələk çətin həzm olunan və eyni zamanda bir qədər təhlükəli qidalardan sayılır. Buna baxmayaraq kulinarlar və ləziz yemək həvəskarları bu dadlı bitkini əsil meşə delikatesi adlandırırlar.
Təbiətin bu əvəz olunmaz qidasını həm də bitki əti sayırlar. Yeri gəlmişkən göbələk tərkibindəki yağlara və vitaminlərə görə nəinki heyvan mənşəli əti, hətta balığı da əvəz etməyə qadirdir. Bütün bunlarla yanaşı, tərkibindəki mineral maddələrin həcminə görə göbələyi meyvələrlə də müqayisə edirlər. Uzaq okeaniya adalarında yaşayan aborigenlər bu qida bitkisini nəvazişlə “avstraliya çörəyi” adlandırırlar. Tədqiqatlar nəticəsində sübut olunub ki, yeməli göbələyin “papağında” böyük həcmdə qiymətli zülallar toplanır. Bu keyfiyyətinə görə göbələk əti də üstələyir. Alimlər onu da müəyyənləşdiriblər ki, göbələkdəki enzim adlı ekstraktiv maddə mədənin fəaliyyətini tənzimləyir, həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdırır. Bunlardan başqa göbələyin tərkibində çox faydalı antibiotik maddələr də vardır. Göbələk bir qida kimi beynin fəaliyyətinə müsbət təsir göstərir, süstlük və melanxoliyaya qarşı mübarizə aparır, insanda nikbin emosiyalar doğurur.
Bu gün göbələyin ən populyar və geniş yayılmış növü şampinyondur. Bu bitkiyə Yer kürəsinin, demək olar ki, hər yerində rast gəlmək mümkündür. Şampinyon ən adi xörəyi dadlı delikatesə çevirməyə qadirdir. Bu göbələk qoyun və quş əyi ilə, tərəvəz və pendirlə əla uyğunlaşır.

Hamilə qadınların dərisi üçün


BUNLARI BİLMƏK MARAQLIDIR!

Hamilə qadınlarda dərinin vəziyyətinin dəyişilməsi tez-tez rast gəlinir və tamamilə qanunauyğun haldır. Axı, belə halda olan zərif məxluqun orqanizmi böyük fiziki və hormonal gərginliyə məruz qalır. Əgər siz dərinizin birdən-birə qurulaşdığını yaxud, əksinə daha da yağlı olduğunu
görsəniz narahat olmayin. Bu problemin öhdəsindən gəlmək çətin deyildir. Dəridəki quruluq və çatlar adətən A vitamininin çatışmazlığından əmələ gəlir. Bu zaman retinol qatışığını qəbul etmək faydalıdır. A vitamini ilə zəngin meyə və tərəvəzdən istifadə də yerinə düşərdi. Dərinizin yağlılığını azaltmaqdan ötrü menyüdən şirniyyat məmulatlarını, eləcə də heyvan mənşəli yağları çıxarın. Dərinizdə müşahidə etdiyiniz səğmələri və çopurları aradan qaldırmaq üçün sürvə və çobanyastığı şirəsi ilə spirtin qatışığından əldə olunan məhlul müalicəvi xarakter daşıyır.
Hamilə qadınların daha bir problemi dəridəki pqment ləkələridir. Bir qayda olaraq blə ləkələr C vitamininin çatışmazlığından və günəş şüalarının təsirindən yaranır. Piqmentasiyanın pozulması zamanı ən səmərəli profilaktik və terapeftik vasitə C vitamini ilə zəngin ərzaqlardan yararlanmaqdır. Belə dəriyə xəmir mayası ilə 3-6 faizli hidrogenli periksin qatışığından hazırlanmış maska əla kömək edir. Müalicəvi maskanı bərabər miqdarda limon şirəsinin buğda və karof unu ilə qatışığından da hazırlamaq mümkündür. Dərisinin rəngindən və vəziyyətindən narahatçılıq keçirən qadınlar üzlərinin və əllərinin dərisinə sadəcə limon və xiyar dilimlərini sürtə bilərlər.

Par-par parıldasınlar


BUNLARI BİLMƏK MARAQLIDIR!

Məlum olub ki, şüşədən hazırlanmış qabları, stəkan və badələri kimyəvi vasitələr olmadan da təmizləmək mümkündür. Başlanğıc üçün stəkanlardan, badələrdən və piyalələrdən başlayaq.
Bundan ötrü bizə yalnız bir yumurtanın qabığı və bir limon lazımdır. Limonun şirəsini sıxıb tam çıxarıb, ona yumurtanın əzilmiş qabığını qatırsınız. 2gündən sonra yumurtanın qabığı limon şirəsində tam əriyəcək və siz əldə etdiyiniz mayeni çirklənmiş və ləkələnmiş stəkan və badələrinizə süzün. Bu məhlulla təmizlənən şüşə məmulatlarında və büllur qablarda heç bir ləkə qalmayacaq.
Qablardan çirk və ləkələri çıxarmağın digər üsulu qəhvə qatışığıdır. Hətta ən çirkli şüşə bankalar, dibləri qaralmış stəkanlar xörək sodası və bir qaşıq qəhvənin qatışığından hazırlanmış maye ilə yuduqda par-par parıldayacaq.
Mətbəxinizdəki gümüş və yaxud digər əlvan metallardan hazırlanmış çəlgəl-qaşığı parıldatmaq üçün onları bir neçə dəqiqə ərzində sarımsaq qabığı qaynadılmış suda saxlayın və sonra pambıq dəsmalla yaxşıca sürtüb qurudun.

Oxu yadda saxla

● Şoraba kələmin dadını daha da artırmaq üçün doldurduğunuz balona bir neçə dilim portağal və ya naringi qoymanız məsləhətdir.
● Müxtəlif çeşidli salatları hazırlamaq üçün daha çox soyudulmuş ərzaqlardan istifadə etməyə çalışın.
● Sintetik parçadan olan pərdələrin yuyulması zamanı suya bir qədər antistik əlavə edin ki, parça yapışmasın.
● Soyuducunu təmizlədikdə qapısının oturacağına az miqdarda talk (prisipka) səpələsəniz, onun istismar müddəti xeyli uzanar.
● Dərzilərə və tikiş həvəskarlarına üsküyü sağ əlinin orta barmağına görə seçmələri tövsiyə olunur.

Kəmalə Rəhimli

Oxşar xəbərlər