İnsanı 120 il yaşadan göbələk

İnsanı 120 il yaşadan göbələk Çində yetişdirilən 1,1 metr uzunluğunda olan “Reishi” göbələyi insan ömrünü 120 ilə qədər uzadır.

Tehsil-press.az xəbər verir ki, əsasən Yaponiya və Çin səhiyyəsində istifadə olunan bu göbələk “ölümsüzlük göbələyi” adlanır.
Palıd və ərik ağaclarının kötüyü üzərində təxminən 9 aya yetişdirilən “ölümsüzlük göbələyi” taxta kimi sərt və acı olduğu üçün yeyilmir, təzə və ya qurudulmuş olaraq toz halına gətirilir, suda həll edilərək istifadə olunur.
İçinə “Reishi” ekstraktı əlavə olunan su təxminən 2 saat qədər qaynadılmalı və dərhal istifadə edilməlidir. Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün təxminən yarım saat içində təsirini itirir.
İnsanı xərçəng başda olmaqla, bir çox xəstəlikdən qoruyan “Reishi” göbələyindən ən çox istifadə edən ölkə Yaponiyadı. Yaponlar “ölümsüzlük göbələyi” adlandırdıqları bu göbələyin insan ömrünü 120 ilə qədər uzatdığına inanırlar.


Tehsil-press.az

Oxşar xəbərlər