Dünyanın ən bahalı brendinin adı açıqlandı

Dünyanın ən bahalı brendinin adı açıqlandı “Apple” şirkəti ardıcıl beşinci dəfə dünyanın ən bahalı brendi seçilib.
“Apple” brendinin dəyəri ötən il ərzində 3 faiz artaraq, 184,1 milyard dollar təşkil edib.
Reytinqdə ikinci yeri brendi 141,7 milyard dollar (il ərzində 6 faiz artım) qiymətləndirilən “Google” şirkəti, üçüncünü isə “Microsoft” korporasiyası (79,99 milyard dollar, 10 faiz artım) tutub.
“Coca-Cola” brendinin dəyərinin 5 faiz azalaraq, 69,73 milyard dollar təşkil etməsi nəticəsində şirkət üçüncü yerdən dördüncü pilləyə düşüb.

Təhsil-press.az

Oxşar xəbərlər