Daha bir şəhər İŞİD-dən tamamilə azad edilib

Daha bir şəhər İŞİD-dən tamamilə azad edilib İraq ordusunun rəsmisi ölkənin şimalında yerləşən Əl-Huveyci şəhərini İŞİD-dən tamamilə azad edildiyini bildirib.
Tehsil-press.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Məlumata əsasən, ordu və xalq könüllü dəstələri şəhərin terrorçulardan təmizlənməsi üzrə əməliyyatın ikinci mərhələsini başa çatdırıblar. Əməliyyat çərçivəsində Əl-Huveyci yaxınlığındakı 161 kənd bu müddət ərzində hərbi kampaniya zamanı azad olunub.
Şəhər Kərkükün 55 km məsafəsində yerləşir və 2014-cu ildən İŞİD-in nəzarətində olub.

Tehsil-press.az

Oxşar xəbərlər