İŞİD-ə qarşı böyük zəfər: baş nazir qələbəni elan etdi

İŞİD-ə qarşı böyük zəfər: baş nazir qələbəni elan etdi İraq baş naziri Heydər əl İbadi Mosulda İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatın qələbə ilə başa çatdığını elan edib.
Baş nazir Mosul şəhərinə səfər edərək İraq əsgərlərini İŞİD üzərində qələbə münasibətilə təbrik edib.
Mosul 2014-cü ilin iyununda İŞİD tərəfındən ələ keçirilmişdi. İŞİD lideri əl Bağdadi məhz bu şəhərdə öz xəlifəliyini elan edib. 2016-cı ilin oktyabrından şəhərin İŞİD-dən geri alınması üçün əməliyyatlar həyata keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər