Beşinci könüllülük proqramına sənəd qəbulu başa çatıb

Beşinci könüllülük proqramına sənəd qəbulu başa çatıb Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən beşinci könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.
Bu proqramda iştirak üçün 100 könüllü elektron ([email protected]) qaydada sənəd verib. Müvafiq meyarlar üzrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibədən uğurla keçənlər noyabrdan etibarən BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində üç ay təcrübə keçmək imkanı qazanacaqlar.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, BŞTİ artıq dörd ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. Bu günədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqramda 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17-si hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.

BŞTİ-nin Mətbuat xidməti



Oxşar xəbərlər