Azərbaycanda yenə zəlzələ oldu

Azərbaycanda yenə zəlzələ oldu Azərbaycanda 3,5 bal gücündə zəlzələ baş verib.
Tehsil-press.az-n AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.
Ocağı 24 km dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub.
Xatırladaq ki, noyabrın 15-də saat 23:48-də Ağdamda 5,7 bal gücündə zəlzələ olub.
***
Yeraltı təkanlar Ağdam rayonunun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.

Tehsil-press.az


Oxşar xəbərlər