İndoneziyada və Çilidə güclü zəlzələlər qeydə alınıb

İndoneziyada və Çilidə güclü zəlzələlər qeydə alınıb İndoneziyanın Yava adası sahilləri yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

Tehsil-press.az TASS agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Bancar şəhərindən 110 km cənubda, ocağı isə 35 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Bu zəlzələ ilə təxminən eyni vaxtda Çili sahillərində 5,1 gücündə zəlzələ qeydə alınıb.

tehsil-press.az