Türk kinosunun tanınmışları Bakı Dövlət Universitetində

Türk kinosunun tanınmışları Bakı Dövlət Universitetində Noyabrın 16-da üçüncü “Türk filmləri həftəsi” çərçivəsində türk kinosunun tanınmışları Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüblər.
BDU-da təşkil olunan tədbirdə ümumilli lider Heydər Əliyevin “Biz Türkiyə ilə bir millət, iki dövlətik” kəlamını xatırladan universitetin rektoru, akademik Abel Məhərrəmov ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb. Vurğulanıb ki, dövlətlərimizin başçılarının siyasəti nəticəsində iki qardaş ölkə arasında dostluq münasibətləri gündən-günə inkişaf edir.
Üçüncü “Türk filmlər həftəsi” layihəsindən danışan rektor diqqətə çatdırıb ki, noyabrın 20-dək davam edəcək festival çərçivəsində hər gün beş türk filmi təqdim olunacaq. Tamaşaçılar bir sıra filmləri ödənişsiz izləmək imkanı əldə edəcəklər. Mədəniyyətlərin, elm və təhsilin inteqrasiyyasının münasibətlərin ən sivil və uzunömürlüsü olduğunu vurğulayan A.Məhərrəmov “Türk filmləri həftəsi”nin işinə uğurlar arzulayıb.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi, bu ölkənin məşhur kino aktyorları və rejisorları layihə barədə ətraflı məlumat veriblər. Bildirilib ki, “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə keçirilən festivalın əsas məqsədi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin isə Türkiyədə geniş təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.
Qeyd edək ki, film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirilir.

Kəmalə Rəhimli


Türk kinosunun tanınmışları Bakı Dövlət UniversitetindəTürk kinosunun tanınmışları Bakı Dövlət UniversitetindəTürk kinosunun tanınmışları Bakı Dövlət Universitetində

Oxşar xəbərlər