BDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub

BDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub Bakı Dövlət Universitetində (BDU) “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə keçirilən II Türk Dünyası Sənədli Filmlər Festivalının BDU-da xüsusi mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan türklərin zəngin mədəniyyətə sahib olan dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. Eyni zamanda festivalın təşkili ilə həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaqdır. Rektor onu da qeyd edib ki, bu layihəyə türk dünyasinin müxtəlif yerlərindən bir çox dövlət orqanları, ali məktəblər və təşkilatlar dəstək verir. Bununla əlaqədar BDU ilə Türk Dünyası Qəzetçilər Federasiyası arasında imzalanmış niyyət protokoluna da diqqət çəkən rektor festivalın işinə uğurlar arzu edib.
Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının başqanı Menderes Dəmir çıxış edib. 2016-cı ildə 5 ölkədən, 7 filmlə gerçəkləşən Festivalın bu il keçirilən ikinci tədbirində artıq 7 ölkədən 18 film nümayişi olduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Çiftçi festivalda qalib gələn filmlərin layihənin ortaqları olan İstanbul, Marmara, Niğde, Ömer Halisdemir, Amasya universitetlərində, eləcə də Qırğızıstanda Manas, Qazaxıstanda əl-Fərabi, KKTC-də Doğu Akdeniz Universitetlərində nümayişlərinin keçirildiyini bildirib.
Sonra Türk Dünyası Sənədli Filmlər Festivalına dəstəyinə görə rektor A.Məhərrəmova xüsusi plaket təqdim edilib. Eyni zamanda, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və dekan müavini Sevinc Əliyevaya təşəkkür elan edilib.
Sonda TRT-nin hazırladığı “Sırac” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən sırac tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraclar Azərbaycan türklərinin də formalaşmasında rol oynayıb, eləcə də Azərbaycan Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar. Şah İsmayıla sonsuz sayğı və ehtiramları olan sıracların, əsrlər keçməsinə rəğmən öz mədəni kimliklərini mühafizə etmələri ilə bağlı maraqlı məqamlar öz əksini tapıb.

BDU-nun Mətbuat xidməti


BDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olubBDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olubBDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub

Oxşar xəbərlər