Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
O, “Naqan” tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı silah satışı ilə məşğul olan şəxsin Sumqayıt şəhərində anadan olan, Laçın rayon sakini Rəşad Gülcumalı olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Tehsil-press.az