Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində saxta pul satmaq istəyənlər tutulub.
Tehsil-press.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, həmin şəxslər İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədlidir.
Onlar Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10 000 saxta manatı 3 500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərdən külli miqdarda saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Dəstə üzvləri bildiriblər ki, saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Araşdırmalar davam etdirilir.
tehsil-press.az