Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən qeyri-aşkar şəraitdə mülkiyyət əleyhinə törədilən cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov cari il oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilinin pəncərəsinin sındırıldığını, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizorun oğurlandığını bildirib.
Rayon polis idarəsi 12-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O, izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən daha iki fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.
Qeyd edilən faktla bağlı 12-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri tədbirləri davam etdirilir.
Tehsil-press.az