Oqtay Əsədov neftin qiymətindən danışdı

Oqtay Əsədov neftin qiymətindən danışdı "Neftin bir barelinin qiymətini dövlət büdcəsində 45 dollar müəyyən etməklə biz riskləri qabaqlamış oluruq".
Bunu Milli Məclisin spikeri Oqtay Əsədov 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O.Əsədov bildirib ki, əgər neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, gələn ilin mayında neftin dövlət büdcəsindəki qiymətinə dəyişiklik edilə bilər.
Spiker əlavə edib ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir və ona görə də bütün riskləri qabaqlamalıdır.
Qeyd edək ki, 2018-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 45 dollar dəyərində nəzərə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər