Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabunçu rayonunda taksi sürücüsü bir ailənin dörd üzvünü maşınla vuraraq hadisə yerindən uzaqlaşıb. Yolu keçən zaman vurulan paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ailənin yaxınları sosial şəbəkədə hadisə ilə bağlı yeni məlumatlar paylaşıb. Belə ki, qəzada yaralanan Azər Əhmədov 4 gün süni nəfəs aparatına qoşulu saxlansa da, onun və 6 yaşlı qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb.
Qəzada yaralanan ailənin digər üzvləri Olqa Əhmədova və oğlu Malikin isə hazırda müalicəsi davam etdirilir.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub.
Tehsil-press.az