Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır

Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır Azərbaycanda risk qrupuna daxil olan ailələrin yaşadıqları ərazidəki məktəblərdə aparılan monitorinqlər və araşdırmalar yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu göstərir.
Bunu Tehsil-press.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Onun sözlərinə görə, araşdırmaların aparıldığı məktəblər seçmə yolu ilə müəyyənləşdirilir.
P.Əliyev qeyd edib ki, əsas məqsəd uşaqları təhsildən yayındırmağa sövq edən halların aradan qaldırılması olmalıdır.
Onun sözlərinə görə, Komitə belə halların olmaması üçün risk qrupundan olan ailələrin yaşadığı ərazilərdə uşaqların təhsilə davamiyyətinin yüksəldlməsi üçün maarifləndirici tədbirlər keçirir:
"Biz həmin ərazilərdəki məktəblərdə uşaqların davamiyyəti ilə maraqlanaraq jurnallara baxırıq. Bu zaman hər hansı uşağın uzun müddət dərsə gəlmədiyini görürüksə, yerli icra qurumları ilə birlikdə həmin uşağın ailəsi ilə iş aparırıq. Eyni zamanda, həmin uşaqlarla da təhsildən yayınma, erkən nikah, əməyə cəlb olunma ilə bağlı söhbətlər aparılır. Bunlardan əlavə, məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar".

Tehsil-press.az

Oxşar xəbərlər