Son 3 il ərzində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib.
2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib.
Onun sözlərinə görə, uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə, az hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha çox cərimələnirlər.
P.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, 100 manatadək məbləğdə cərimə edilirlər.
Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən P.Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən aşkarlanıb:
"Uşaqların baxımsızlığı ilə bağlı vəziyyətə baxdıqda görmək olar ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500 civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əsksəriyyəti sonradan təhsilə cəlb edilib".
P.Əliyev əlavə edib ki, dilənçiliklə məşğul olan uşaqların çoxu 14-15 yaşlılar olur: "16-18 yaşlı uşaqlar dilənçilikdən daha çox küçədə hansısa əməyə cəlb olunurlar".
P.Əliyev onu da deyib ki, uşaq küçə həyatı keçirib, təhsildən yayındıqdan sonra hər hansı tədbirlərin görülməsi o qədər də effektiv deyil.
Tehsil-press.az