Azərbaycanda daha çox oğlan uşaqları intihara cəhd edir

Azərbaycanda daha çox oğlan uşaqları intihara cəhd edir Azərbaycanda uşaqlar arasında intihara cəhdlər daha çox oğlanlar tərəfindən edilir.

Bunu Tehsil-press.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Onun sözlərinə görə, bütün illərdə intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edib. Oğlanlar yeniyetmə dövrlərində - 14-15 yaşlarında intihara daha çox cəhd edirlər.
Komitə rəsmisi oğlanların hansı səbəbdən intihara daha çox cəhd etməsini öyrənmək üçün araşdırmaların aparılmasına ehtiyac olduğunu deyib: “Təəssüf ki, belə bir araşdırma aparılmayıb. Məncə, bununla bağlı bir araşdırma aparmaq lazımdır”.


Tehsil-press.az

Oxşar xəbərlər