"Biz istərdik ki, dövlət qulluğuna qəbul imtahanlarında iştirak edən namizədlərin sayı vakant yerlərin sayından iki dəfə çox olsun. Belə olduqda rəqabət mühiti yaranar. Amma biz bu rəqabət mühitini müşahidə etmirik".
Bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, dövlət orqanları tərəfindən DİM-ə 1461 yer təqdim olunub.
M.Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbul imtahanları hər ay keçiriləcək: "Bu, qanunvericilikdə də nəzərdə tutulub. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul üçün iki imtahan keçirilib. Gələn ay B qrupu üzrə sertifikatlar imtahandan uğurla keçən namizədlərə təqdim olunacaq".
DİM rəhbəri deyib ki, bu il dövlət qulluğuna işə qəbul imtahanları keçirilənədək müsahibə ilə 240 nəfər işə qəbul edilib.
O əlavə edib ki, dövlət qulluğunda olan bütün vakant yerlər ictimaiyyətə açıq olacaq:
"Elə şəxslər var ki, onlar dövlət qulluğuna imtahan verdikdən sonra artıq dövlət qulluqçusu olduqlarını fikirləşirlər. Amma bəziləri müqavilə üzrə işlədiklərinə görə, onlar dövlət qulluqçusu hesab olunmurlar. Ona görə də dövlət qulluqçuları ilə bağlı reyestrə daxil olaraq bu barədə məlumatları daha dəqiqliklə əldə edə bilərlər".

Hüseyn Şərifov