Dövlət qulluğuna qəbul imtahanı olacaq

Dövlət qulluğuna qəbul imtahanı olacaq İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Tehsil-press.az-a daxil olan xəbərə görə, imtahan 17 dekabr 2017-ci il tarixində baş tutacaq. İmtahan Bakı şəhərində, ümumilikdə 7 binada keçiriləcək. İmtahanada iştirak etmək üçün 3039 namizəd qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər