Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını 19 bıçaq zərbəsi vuraraq öldürən 1982-ci il təvəllüdlü Ramin Şükürovun məhkəməsi keçirilib.
Hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər ifadə verib.
Mərhum Xəyalə Həsənovanın 10 yaşlı qızı ifadə verərək deyib ki, R.Şükürov alkaqol aludəçisi olub: “O anamı həmişə döyürdü, qardaşımla məni də hədələyirdi ki, bu barədə babamıza deməyək. Mən onu ata kimi qəbul etmirəm, ata da demək istəmirəm.
Həmi gün nənəmlə biz yolla gedirdik, bu, maşını yanımızda saxlayıb nənəmi döyməyə başladı. Onu yerə yıxıb təpik və yurmuqla vurdu. Deyirdi ki, “evə icraçıların biri gəlib, biri gedir”. Sonra cibindən bıçaq çıxarıb anamı vurmağa başladı. Bıçaq çox böyük idi, nənəm ayağa durub onu tutmaq istədi ki, anamı vurmasın. O yenə nənəmi vurub yerə yıxdı. Anama təkrar bıçaq vurandan sonra qaçdı. Anam yerdə qanın içində idi. Onu babamgilə aparıb həkim çağırdıq. Anam xəstəxanada öldü”.
X.Həsənovanın 11 yaşlı oğlu danışaraq deyib ki, hadisə baş verən vaxt anasının yanında olub: “Bu adam mənim heç nəyimdir, atam deyil. Qabağımızı kəsib anamı öldürdü, sonra da qaçdı”.
R.Şükürov azyaşlının sözünü kəsərək “mənim cəzamı ağırlaşdırmaq üçün uşaqları öyrədiblər” deyib.
11 yaşlı oğlan isə ifadəsini davam etdirirək onlara daim babasının baxdığını deyib: “Bu adam içib evə sərxoş gəlirdi, anamı döyürdü. Bizə də deyirdi ki, bu barədə babama desək onları da, dayımın da başını kəsəcək. Mən bir dəfə babama dedim ki, o adam anamı döyüb. Babam da gedib ona dedi ki, niyə qızımı döyürsən. Ondan sonra evə gəlib məni döydü, qaldırıb yerə çırpdı, sifətimə təpik və yumruqla vurdu. Neçə gün məkətəbə gedə bilmədim. Evdən çölə çıxmırdım. Bu adam evə başqa qadınlar gətirirdi, həmin vaxt bizi evdən qovurdu”.
R.Şükürov isə arvadının başqa kişi ilə telefonda danışdığı üçün onu öldürdüyünü deyib.
Uşaqlar isə bunu təkzib edərək analarına şər atdığını bildiriblər: “Anam hətta babamla da telefonda gizli danışırdı ki, o adam görməsin. Çünki danışmağa icazə vermirdi.
R.Şükürov sonda "mən uşaqlarıma tarix yazıb, gedirəm" deməsi zərərçəkmiş tərəfi hiddətləndirib.
Qeyd edək ki, Sumqayıtda Corat qəsəbəsində yaşayan 4 uşaq anası Xəyalə Həsənova keçmiş əri 35 yaşlı Ramil Şükürov tərəfindən 19 bıçaq zərbəsi vurulmaqla öldürülüb. R.Şükürov boşandığı arvadı X.Həsənovanın uşaqlarına görə aliment tələb etdiyi üçün icraçıların tez-tez onu axtarmasından əsəbləşərək onların evinə hücum edib və qətli törədib.
Tehsil-press.az