Xoşqədəm Hidayətqızı Salyandakı dəhşətdən danışdı

Xoşqədəm Hidayətqızı Salyandakı dəhşətdən danışdı Salyan rayonunda ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.
Mehparə Əliyeva və 4 qızının axtarışları üçün bacısı Dürdanə onlara müraciət edib: “Bu ailənin araşdırması ilə birbaşa özüm məşğul olurdum. Sorğu verib öyrəndik ki, onlar sərhədi keçməyiblər. Fikirləşdim ki, ölkədədirlərsə, ola bilməz ki 3 il ərzində hardasa görünməsinlər. Bizə çoxlu şübhəli zənglər gəlirdi. Kişi və qadın səsləri ilə başqa-başqa nömrələrdən zəng edib deyirdilər ki, filan yerdə gördüm. Hər dəfə bir ünvan deyilirdi. Əməkdaşlarımız da həmin yerlərə baş çəkirdi, amma boş çıxırdı. Bilirdik ki, bunlar məqsədli zənglərdir.
Bu işin izinə düşməyimizə Mehparə xanımla birgə işləyən bir qadın kömək etdi. O, bizə dedi ki, Fəqanı görüb və ondan anası ilə bacılarını soruşub. Fəqan ona deyib ki, onlar Türkiyəyə gedib. Biz onların sərhədi keçmədiyini bildiyimiz üçün Fərhadla Fəqanın bu işdə əli olduğunu düşündük. Bundan sonra mən onların axtarışını saxlayıb Fərhadla Fəqanı axtarmağa başladım. Çünki biz uzun müddətdir onları tapa bilmirdik. Onların fotolarını efirdə yayımlayıb insanlardan kömək istədik. Fərhadın valideynləri də bizə məlumat vermədilər. Üç gün öncə öyrəndik ki, Fərhad Salyana gedib.
Dərhal ora yollandıq və onlarla yarım saatlıq söhbətimizdən sonra Fərhadla oğlu oradan da qaçdılar. Dünən efirdə onların Türkiyəyə getməsi iddiası da səsləndi, efir bitəndə sonra Fəqan mənə zəng etdi. O telefonda qışqıraraq “mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm” dedi. Dürdanə də həmişə deyirdi ki, Fərhad onları öldürüb, bunu efirdə də demişdi. Bu gün xəbəri görəndə şok oldum”.
X.Hidayətqızı bildirib ki, M.Əliyevanın bacısı Dürdanə müraciət edərkən Fərhadın içki düşkünü olduğunu, arvadı və qızlarına necə işgəncələr verdiyini danışıb. Böyük bacı İradənin 32 yaşı olub. M.Əliyevanın qızlarının heç biri ali təhsil almayıb və ailə qurmayıblar. M.Əliyeva isə paytaxtda evlərdə təmizlik işləri görərək qızlarını saxlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər