Yasamalda 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub

Yasamalda 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yasamal rayonunda 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub.

Belə ki, Yasamal rayonu Alatava ərazisində yaşayan 35 yaşlı Azər Tağıyev yaşadığı ev istiqamətində hərəkət edirmiş. Bu zaman A.Tağıyevin qarşısına tanımadığı şəxs çıxıb və ona 5 bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinin əməkdaşları A.Tağıyevi bıçaqlayaraq qaçan şəxsin axtarışına başlayıb.


Tehsil-press.az

Oxşar xəbərlər