Onlar 2018-ci ilin dünyaya göz açan ilk körpələridir - Video

Onlar 2018-ci ilin dünyaya göz açan ilk körpələridir - Video Yeni il bir sıra ailələr üçün ikiqat sevincə səbəb olub. Bu sevincin mənbəyi 2018-ci ilin ilk saatlarında dünyaya gözlərini açan körpələrdir. Onlar 2018-ci ilin dünya göz açan ilk körpələridir. Valideynlərinin sevincinin isə həddi hüdudu yoxdur.
Yeni ildə Azərbaycanın ilk körpəsi Goranboy Mərkəzi Xəstəxanasında dünyaya göz açıb. Təqvim ili yenilənən kimi Goranboyda 2 ailəninin bayramı-bayrama qarışıb. Doğulan uşaqlardan biri qız, digəri isə oğlandır.
Yeni ilin ilk saatlarında Bərdədə də 4 oğlan uşağı doğulub. Rayon sakinləri Həmidli Elnarə, Orucova Gülşən, Xudayeva Aysel və Mustafayev Şəbnəm Rayon Mərkəzi Xəstəxanasında oğlan uşaqları dünyaya gətiriblər.
Doğulan uşaqların çəkisi 3 kiloqramdan artıqdır. Xəstəxanadan ana və uşaqların vəziyyətinin normal olduğunu bildiriblər.



Tehsil-press.az


Oxşar xəbərlər