Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin yanvarından yeni doğulan uşaqlara aylıq ödənişin verilməsini təklif edib, ödəniş uşaqlara 1,5 yaşına kimi veriləcək. Dövlət başçısı gənc ailələrə dəstək olmaq üçün gələn ildən etibarən bu qəbildən bir sıra tədbirlərin görüləcəyini qeyd edib. Aylıq ödəniş ilk uşaqlar üçün nəzərdə tutulub.
Putin qeyd edib ki, ödənişin məbləği uşağın minimum yaşayışını nəzərə alaraq hesablanacaq. Gələn il üçün bu rəqəm 10523 rubl (təxminən 300 AZN) təşkil edəcək.
Bundan başqa, dövlət başçısı 2018-ci ildə ikinci və üçüncü uşağı olacaq ailələr üçün xüsusi ipoteka proqramının hazırlanmasını təklif edib.
Tehsil-press.az