Tramp geri addım atdı - Danışıqlara hazırdır

Tramp geri addım atdı - Danışıqlara hazırdır ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
Tramp ilkin şərtini açıqlamasa da, Kim Çen Inın bunu çox yaxşı bildiyini deyib.
Tramp sözlərinə əlavə edib ki, iki ölkə arasında sülh razılığı olsa, bu bütün bəşəriyyət üçün yaxşı olacaq.
Qeyd edək ki, daha öncə ABŞ prezidenti Ş.Koreyanın nüvə və raket sınaqlarına son qoyacağı təqdirdə danışıqlar aparacağını söyləmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər