Yaponiya, ABŞ və Cənubi Koreya üçtərəfli sammit keçirəcəklər

Yaponiya, ABŞ və Cənubi Koreya üçtərəfli sammit keçirəcəklər Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp gələn həftə Almaniyada keçiriləcək G20 sammiti çərçivəsində Şimali Koreya məsələsini müzakirəsi etmək üçün Cənubi Koreya lideri ilə üçtərəfli sammitin keçirilməsi barədə razılığa gəliblər.
NHK telekanalının yaydığı məlumata görə, bu barədə razılıq iyulun 3-də Ş.Abe ilə D.Trampın telefon danışığı zamanı əldə edilib.
Təqribən 30 dəqiqə davam edən danışıq zamanı Ş.Abe ABŞ-ın Çinin Şimali Koreyanın raket və nüvə proqramlarına yardım edən iki şirkətinə və iki vətəndaşına qarşı sanksiya tətbiq edilməsi barədə qərarını alqışladığını deyib. Baş nazir Yaponiyanın Pxenyana təzyiqin artırılması üçün ABŞ və Cənubi Koreya ilə birlikdə fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
D.Tramp isə Cənubi Koreya Prezidenti Munçje İn ilə ötən həftə təşkil olunan görüşündən razı qaldığını deyib.
Bundan əlavə, iki ölkə lideri Yaponiya, ABŞ və Cənubi Koreyanın beynəlxlaq ictimaiyyət tərəfindən KXDR-a təzyiqlərin gücləndirilməsi üçün əlbir çalışmaq, həmçinin Şimali Koreya probleminin həllində Çinin daha fəal iştirakına nail olmaq istiqamətində səylərin artırılması barədə də razılıq əldə ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər