Ermənistan prezidentliyinə yeni namizədin adı məlum oldu

Ermənistan prezidentliyinə yeni namizədin adı məlum oldu Ermənistan prezidentliyinə yeni namizədin adı açıqlanıb.
Bu posta Ermənistanın Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyi irəli sürüləcək.
Onun artıq Ermənistanda olduğu, son günlər bir neçə görüş keçirdiyi bildirilib. Xüsusilə hazırkı prezident Serj Sarkisyanın yaxın adamları və onun siyasi kursunu dəstəkləyənlər səfirlə görüşürlər.
A.Sarkisyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.
64 yaşlı A.Sarkisyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu haqda məlumat yayılıb. Ona görə də ehtimal olunur ki, o həm də erməni diasporu və lobbisinin prezidentliyə namizədi ola bilər.
A.Sarkisyanın namizədliyinin hakim "Ermənistan Respublikaçılar Partiyası"ndan irəli sürüləcəyi ehtimal edilir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da adı namizədlər sırasında hallanır.
Mütəxəssislər hesab edirlər ki, Rusiya, xüsusilə ölkənin xarici işlər naziri Sergey Lavrov onun namizədliyini müdafiə edir. 2016-cı il avqustun 26-da Rusiya prezidenti E.Nalbandyanı "Dostluq" ordeni ilə təltif edib.
Bununla belə, onun prezident postu tutmaq istəməməsi barədə də məlumatlar yayılır. Ehtimal edilir ki, aprelin 9-dan sonra formalaşdırılacaq hökumətdə o, yenidən xarici işlər naziri olacaq və bu, hazırki XİN başçısı üçün ən yaxşı varinatdır. Çünki bu zaman E.Nalbandyan daha çox sərbəst olur və xarici ölkələrə səyahət edə bilir. O, təqaüdə çıxdıqdan sonra Ermənistanın Fransadakı səfiri olmaq arzusundadır.
Qeyd edək ki, Ermənistan parlameti martın 2-də yeni prezident seçəcək.

Təhsil-press.az



Oxşar xəbərlər