Ermənistanda xarici işlər və müdafiə nazirlərinin təyinatı niyə ləngiyir?
Tehsil-press.az-n "Joxovurd" qəzetinə istinadən məlumatına görə, bu, son günlərdə ölkənin siyasi dairələrindəki müzakirələrin əsas mövzusudur.
""Joxovurd-un" məlumatına görə, bunun çox sadə texniki izahı var – Edvard Nalbandyan Ermənistana qayıtmalıdır. Güman edilir ki, o dünən gecəyarı qayıtmalı idi, beləliklə, bu gün və ya sabah onun xarici işlər naziri kimi təyinatı haqqında fərman dərc ediləcək.
Müdafiə nazirinə gəlincə, bu vəzifəyə Prezident Aparatının rəhbəri Viqen Sarkisyan təyin ediləcək. Nəşrə məlum olub ki, Viqen Sarkisyan nazirliyin işinin təşkili, həmçinin avadanlıq alınması və digər “mülki” məsələlərlə məşğul olacaq. Silahlı qüvvələrə komandanlığı isə Baş Qərargah vasitəsi ilə Serj Sarkisyan şəxsən özü həyata keçirəcək”, - "Joxovurd" vurğulayıb.
Tehsil-press.az