Ermənistan “Putin İttifaqı”ndan çıxmadı

Ermənistan “Putin İttifaqı”ndan çıxmadı Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə məsələnin müzakirəsi üçün müvəqqəti komissiyanın yaradılmasının əleyhinə səs verib.
Yalnız bir deputat komissiyanın yaradılmasının lehinə, 10 parlamentari isə əleyhinə səs verib.
“Bununla da, bu məsələnin müzakirəsi bağlandı”, - deyə Xarici əlaqələr üzrə komissiyanın rəhbəri Armen Aşotyan bəyan edib.
Xatırladaq ki, ötən həftə Bakıya gələn A.Aşotyan Ermənistanın "Putin İttifaqı"ndan çıxmayacağını bildirmişdi.
Onu da qeyd edək ki, sentyabrın 14-də müxalif “Yelk” (Çıxış) fraksiyası parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə təşəbbüs irəli sürmüşdü.

Təhsil-press.az

Oxşar xəbərlər