İŞİD Suriyada daha 2 türk əsgərini yaraladı

İŞİD Suriyada daha 2 türk əsgərini yaraladı Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

Tehsil-press.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.
İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, nəticədə 2 əsgər yaralanıb. Onların helikopterlə Qaziantepə gətirilərək xəstəxanaya yerləşdirildikləri bildirilir.
Xatırladaq ki, bundan əvvəl Suriyada İŞİD terrorçularının hücumu nəticəsində bir türk əsgəri həlak olmuş, üçü yaralanmışdı.
Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına avqustun 24-də başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər