Putin və Ərdoğan Qüdslə bağlı vəziyyəti müzakirə edib

Putin və Ərdoğan Qüdslə bağlı vəziyyəti müzakirə edib Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı ABŞ prezidenti Donald Trampın Qüdsə dair bəyanatından sonra Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Prezidentlər ABŞ-n Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar ciddi narahatlıq ifadə edib.
"Hər iki tərəf Birləşmiş Ştatların səfirliyi Tel-Əvivdən Qüdsə köçürülməsinə dair planlarından ciddi narahatdır. Bu cür addımlar Yaxın Şərqdəki sülh prosesinə xələl gətirə bilər", - deyə mətbuat xidmətində bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər