Rusiyada təyyarə qəzası - Ölənlərdən biri azərbaycanlıdır + Siyahı + Yenilənib

Rusiyada təyyarə qəzası - Ölənlərdən biri azərbaycanlıdır + Siyahı + Yenilənib Rusiyanın paytaxtı Moskvada sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə qəzası Ramenski rayonunda baş verib.
Məlumata əsasən, AN-148 markalı təyyarə Domodevo hava limanından qalxdıqdan 2 dəqiqə sonra radardan yoxa çıxıb. Hadisə zamanı göyərtədə 65 sərnişin və 6 heyət üzvü olub.
Nəqliyyat Naziri artıq hadisə yerinə yola düşüb.
Faktla bağlı cinayət işi açılıb.
***
Rusiya Fövqəladə Hallar Nazirliyi ölənlərin adlarını açıqlayıb.
Ölənlər arasında Namiq Qəhrəmanov adlı azərbaycanlı da var.
***
Orskdakı Azərbaycan icmasından verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.
N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyətilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.



Rusiyada təyyarə qəzası - Ölənlərdən biri azərbaycanlıdır + Siyahı + Yenilənib

Tehsil-press.az

Oxşar xəbərlər