Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb: 11 nəfərin cəsədi aşkar edilib (YENİLƏNİB-5)

Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb: 11 nəfərin cəsədi aşkar edilib (YENİLƏNİB-5) Rusiya mudafiə nazirliyinə məxsus Tu-154 tipli təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiyalar departamentindən məlumat verilib.
XXX
16:37

Rusiya mudafiə nazirliyinə məxsus Tu-154 təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Tehsil-press.az-ın verdiyi məlumata görə, bunu güc strukturların nümayəndəsi deyib.
X X X
13:22

Təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər tərəfindən 5 nəfərin meyiti aşkarlanıb.
Tehsil-press.az-ın verdiyi məlumata görə, axtarışlar davam edir.
X X X
11:23

Qəzanın araşdırmaları nəticəsində 1 nəfərin cəsədi aşkarlanıb.
Tehsil-press.az-ın məlumata görə, bunu Rusiyanın müdafiyə nazirliyininin rəsmi nümayəndəsi deyib.
Onun sözlərinə görə, təyyarənin göyərtəsində 92 nəfər olub.
X X X
10:30

İtkin düşən TU-154 təyyarəsi Qara dənizə düşüb.
Tehsil-press.az-ın verdiyi məlumata görə, sahildən 1,5 km aralıda təyyarənin hissələri tapılıb
X X X
09:52

Rusiyanın müdafiə nazirliyinə məxsus təyyarə Krasnodar vilayətinin dağlıq hissəsində qəzaya uğrayıb.
Tehsil-press.az-ın verdiyi məlumata görə, bunu güc strukturların nümayəndəsi ilkin məlumat olaraq deyib.
X X X
08:34

Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi radarlardan itib.
Tehsil-press.az-ın verdiyi məlumata görə, təyyarənin göyərtəsində 70-ə yaxın adam olub.
Bildirilir ki, təyyarə Rusiyanın Soçi şəhərindən Suriyaya yola düşmüşdür.

Tehsil-press.az

Oxşar xəbərlər