“Hər yerdə deyir ki, Vasif məni sevir”

“Hər yerdə deyir ki, Vasif məni sevir” Əməkdar artist Vasif Məhərrəmli “Səhər- səhər” verilişində maraqlı açıqlamalar verib. “Qafqazinfo” xəbər verir ki, o, həmkarı əməkdar artist Elza Seyidcahanı vaxtilə sevdiyini bildirib:
“Elzanı sevmişəm. O, tək mənim yox, Azərbaycan Milli Konservatoriyasında oxuyan vaxtlar bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Elza xanım indi gözəldir. Amma o zamanlar daha gözəl idi. Açığı deyim ki, Elza çox ağır xanım idi. İndi bir az şıltaqlığı ola bilər. O zamanlar biri ilə söhbət etdiyini belə görməmişəm. Ancaq dərsə gəlib gedərdi. Mən də kənardan onu seyr edərdim”.
Vasif Məhərrəmli proqramda Elzaya sevgisini bu yaxınlarda etiraf etdiyini açıqlayıb:
“O vaxt Elzaya sevgim barədə heç nə demədim, bu yaxınlarda sevdiyimi etiraf etmişəm. Çox normal qarşıladı. İndi mən yalan olmuşam. Özü hər yerdə deyir ki, Vasif məni sevir”.

Tehsil-press.az

Oxşar xəbərlər