İlhamə Quliyevanın oğulluğu Orxan: "Ondan həmişə ana qayğısı hiss etmişəm"

İlhamə Quliyevanın oğulluğu Orxan: Xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov “5/5” verilişində qonaq olub.

Tehsil-press.az xəbər verir ki, Orxan sənətçinin 2 dəfə baş tutmuş il mərasimindən söz açıb:
"Ehsan süfrəsini 5 dəfə də açmaq olar. Belə bir qadağa yoxdur. Buna mən normal yanaşıram.
O, yaşamağı sevirdi. Belə bir deyim var ki, insan ölümünü qabaqcadan hiss edir. Mən onunla fevralın 24 -dü axşam danışmışam. Səhər görüşməli idik.
Mən İlhamə Quliyevanın xalası nəvəsiyəm. Ondan həmişə ana qayğısı hiss etmişəm. Ağlım kəsəndən İlhamə xanımı ana bilmişəm".
Aparıcı Zaur Kamal bir çox tanınmışın proqrama qatılmaqdan imtina etdiyini deyib:
“İl mərasiminə belə bəziləri getmədi. Verilişə dəvət etdiyim bəzi insanlar gəlmədi, çəkindilər. Niyə çəkinirlər bilmədim”.
Əməkdar artist Firuzə İbadova Orxanın doğma anasından söz açıb:
"Orxanın doğma anası Laləni Tükəzban xanım öz qızı kimi böyüdüb. Lalə onların evində yaşayırdı. Orxan Lalənin ilk övladıdır. O, dünyaya gələndə biz xəstəxanaya onun yanına getmişdik".

Tehsil-press.az

Oxşar xəbərlər