Tehsil-press.az: İndi əksər evlərdə döşəmədən ŞAL İYNƏSİ deyilən iynə tapılması kimsəni təəccübləndirmir. Bu ən çox körpələrin həyatı üçün təhlükəlidir. Ciddi siqnal: Özbəkistanda 11 aylıq körpənin bağırsaqlarında, hətta ürək nahiyəsində 16 iynə aşkarlanıb! Uzun sürən əməliyyatda 13 iynəni çıxarmaq mümkün olub. Maraqlıdır ki, körpənin valideynləri, hətta həkimlər cinayətkar axtarır, iynələrin qəsdən uşağın orqanizminə yeridilməsini iddia edirlər. Bu da istisna hal kimi araşdırıla bilər. Amma döşəmələrimiz şal iynəsi ilə dolu ikən düşmən axtarmaq daha çox məsuliyyətdən yayınmaqdır.
Tehsil-press.az
Tehsil-press.az