Sualları Bakı şəhər 5 nömrəli uşaq poliklinikasının pediatrı Məhsəti Nəcəfova cavablandırır.
Məshəti xanım, ana südünün faydası haqqında çox deyilib, çox yazılıb. Müqəddəs kitabımız <<Qurani-Kərim>>də də körpələrə iki il ana südü verilməsinin faydalı olduğu qeyd olunur. Bir pediatr kimi oxucularımıza südün faydası haqqında bəzi məlumatları verməyinizi xahiş edirik.
- Körpə dünyaya göz açdığı zaman yeni aləmlə rastlaşır. İşığın gözünə düşməsi nəticəsində gözünün qıcıqlanması, hər bir yenilik onun üçün stress kimi qəbul olunur. Ancaq ana nəvazişi, dodaqlarına toxunan ana südü bu stresdən uzaqlaşdırır.
- İlk günlər ananı südü az olduğu üçün anaya körpəsini süni qida ilə qidalandırmağı tövsiyə edirlər. Yəqin siz də - "süni qida ilə qidalanan körpə böyümür ki" -sualı ilə tez-tez rastlaşırsınız. Bu sualı necə cavablandırardınız?
- Əlbəttə böyüyür, ancaq süni qidalar ana südündən heç vaxt faydalı ola bilməz. Ana südünün elə unikal tərkibi varki, onu süni qidalarla müqayisə etmək olmaz. Körpə dünyaya gəldiyi ilk günlərdə anada laktasiya bir qədər zəyif olduğuna görə ana südü (çox vaxt ona <<ağız südü>> də deyilir) az olur. Belə olduğu halda təəssüf ki, qeyd etdiyimiz kimi bəzi doğum evlərində həkimlər analara körpələrini süni qida ilə qidalandırmağı məsləhət görürlər. Uşaq ilk gündən süni qida ilə qidalanırsa körpə üçün onu tərk etmək çətin olur. Çünki süni qidaların dadı ana südünə nisbətən daha şirin olur. Ana südü nə qədər az olsa da ana körpəsini südü ilə qidalandırarsa, bir müddətdən sonra südü çoxalar, körpə sağlam böyüyər.
- Ana südünün tərkibi ilə süni qida tərkiblərini müqayisə etsək hansı fərqi görərik?
- İlk növbədə, ana südünün tərkibində infeksiya əleyhinə faktorlar var. Buna görə də o körpəni müxtəlif infeksiyalardan qoruyur.
Bakteriyalarla yoluxma ana südündə mümkün deyil. Süni qidalarda isə bu mümkündür. Süddə olan qida maddələrinin həcmi uşağın təlabatını tam ödəyəcək səviyyədədir. Həmçinin yeni doğulmuşun beyin hüceyrəsi və sinir sisteminin inkişafı üçün süd lazım olan qida maddələri ilə zəngindir. Ən müasir texnologiya ilə hazırlanan süni qidaların heç biri ana südünün tərkibindəki unikal qida maddələrini və bakteriosid tərkibini əvəz edə bilmir. Südün tərkibində xüsusi immunoqlobunlər var. Bunlar da uşağın orqanizminə birbaşa ana südü ilə daxil olur. Təbii ki, heç bir süni qidanın tərkibində təbii immunoqlobunlər yoxdur. Ana südünün tərkibində bağırsağın normal florasını təmin edən faktorlar var ki, bunlar da patogen florasının üstünləşməsinə imkan vermir, qida maddlərinin orqanizmə normal sorulmasını təmin edir. Maraqlısı budur ki, ana südü uşağın doğulma yetkinliyinə, müəyyən yaş həddlərinə uyğun dəyişir. Əgər uşaq vaxtından qabaq doğulubsa, ana südünün tərkibindəki yağlar, zülallar, NA, CE, FE çox olur. Çünki belə uşaqların daha kalorili qidaya ehtiyacı olur. Təcrübəmə əsasən deyə bilərəm ki, ana südü ilə qidalanan uşaqlarda görmə, yaddaş, immunitet güclü olur. Südün tərkibindəki təbii omeqa-3 yağ turşuları uşağın beyin toxumasının, gözün torlu qişasının əsas tərkib hissəsini təşkil edir.
- Məshəti xanım, bəs ana südü hansı xəstəliklərin qarşısını alır?
- Ana südü qidalanan uşaqlarda gələcəkdə hipertoniya xəstəliyinə, şəkərli diabetə daha az rast gəlinir. Ana südünün tərkibindəki zülalı əsrin bəlası olan xərçəng xəstəliyinin tez bir zamanda qarşısını alır.
- Süni qida verilən körpələrdə ana südü ilə qidalanan körpələrə nisbətən çəki artımı olur. Bunu nə ilə izah etmək olar?
- Ana südünün tərkibindəki <<Adiponektin>> hormone insanın qanında dövr edərək, gələcəkdə ürək-damar xəstəliklərinin, hipertoniyanın, piylənmənin qarşısını alır. Süni qidalarda bu hormon olmadığına görə uşaqlarda çəki artımı olur. Bu da anaları sevindirir. Südlə qidalanan körpə çəkicə geri qalsa da, bu, körpənin sağlamlığı üçün təhlükə yaratmır. Orqanizmdə yağların miqdarı artıq olan zaman süddəki leptin hormonu baş beynin müvafiq şöbəsində kökəlmə prosesinin qarşısı alınır. Uşağın sağlamlığı onun kök və arıq olmasından asılı deyil.
- Bəzi hallarda analar südündə mikrob olduğuna əsas gətirərək körpələrini qidalandırmaq istəmirlər. Buna münasibətiniz?
- Siz doğru buyurursuz. Ancaq analar bilməlidirlər ki, südün tərkibində heç bir əks göstəriş yoxdur. Yalnız açıq vərəmdə əks göstəriş ola bilər.
- Bir həkim kimi analara tövsiyyəniz?
- Biz pediatrlar hər zaman analara körpələrini iki il ana südü ilə qidalandırmalarını tövsiyyə edirik. Bu mümkün olmadıqda heç olmasa körpənin 6 ay ana südü ilə qidalanması vacibdir. Ən əsası budur ki, anada uşağı qidalandırmaq arzusu olsun. Ailə üzvləri də ananın normal dincəlməsi üçün şərait yaratmalıdırlar. Süd verən analar körpələrini tez-tez qidalandırmalıdırlar. Çünki qidalandırma zamanı oksitosin refleksi güclənir, bu refleks də südvermə prosesini stimulə edir. Ana südü Tanrının analara bəxş etdiyi ən böyük nemətdir.
Söhbətləşdi: Kəmalə Rəhimli
Tehsil-press.az