Nigeriyada "Boko haram" silahlılarının hücumundan sonra 111 məktəbli qız itkin düşüb

Nigeriyada "Boko haram" radikal qruplaşmasının silahlıları Nigeriyanın Yobe ştatında yerləşən Dapçi kəndinə hücum ediblər.
Silahlıların hücumundan sonra azı 111 məktəbli qız itkin düşüb.
Qeyd edək ki, 2014-cü ilin aprel ayında "Boko haram" radikal qruplaşmasının silahlılarının Çibok şəhərinə hücum edərək 276 məktəbli qız qaçırıblar. Onların 57-si qaça bilib, 20-si isə 2016-cı ilin oktyabrında danışıqlar nəticəsində azad edilib. Daha sonra 2017-ci ilin may ayında 82 qız azadlığa buraxılıb. 100-ə yaxın məktəbli qız isə itkin düşmüş sayılıt.

Tehsil-press.az

Oxşar xəbərlər