Türkiyənin müdafiə naziri Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib

Türkiyənin müdafiə naziri Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib Türkiyənin müdafiə naziri Nurəddin Canikli Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib.
Tehsil-press.az-ın məlumatına görə, nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.
O qeyd edib: “Mən Xocalı faciəsi ilə əlaqədar başsağlığı ifadə edirəm və qardaş Azərbaycan xalqının ağrı-acısını bölüşürəm”.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.
Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər