Rusiya MSK: Səslərin 35% hesablanmasından sonra Putin 73,73% səslə liderdir

Rusiya MSK: Səslərin 35% hesablanmasından sonra Putin 73,73% səslə liderdir Rusiyanın hazırki prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkilərində liderlik edir.
Tehsil-press.az Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına istindanən xəbər verir ki, səslərin 35% hesablanmasından sonra, Putin seçicilərin 73,73% səslərini toplayıb.
Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək davam edib. Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi fəaliyət göstərib, onlardan 400-dən artığı xaric yerləşib. Rusiya prezident seçkilərində 8 namizəd iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər