Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin dosenti Kəmalə Qəhrəmanova İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Dünya İslam Forumu”nda iştirak edib. İran Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (IPIS) ev sahibliyi ilə keçirilən forumda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdən çoxsaylı alim və tədqiqatçılar, dövlət adamları, diplomatlar, mətbuat mənsubları, QHT rəhbərləri və nümayəndələri iştirak ediblər. BDU-nun dosenti forumda “İslam əxlaqında hörmət anlayışı’’mövzusunda məruzə ilə çıxış edib.
Mətbuat və informasiya şöbəsi