Polkovnikin qatillərinin ailələri dindirilib - “Heç biri evə qayıtmayıb”

Polkovnikin qatillərinin ailələri dindirilib - “Heç biri evə qayıtmayıb” Rusiya Federasiyası İstintaq Komitəsi polis polkovniki Andrey Qoşt və ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 3 azərbaycanlının ailəsini dindirir.

Tehsil-press.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qonşular bildiriblər ki, Orxan Zöhrabovun valideynləri Şirxan və Şura Zöhrabovları hüquq-mühafizə orqanları dünən gecədən götürüb aparıblar. Onlardan başqa, Orxanın qardaşı Aqşin də dindirilib. Bu vaxta qədər Orxanın ailə üzvlərindən heç biri evə qayıtmayıb. Bu gün səhər isə digər şübhəli Roman Fətəliyevin qohumları dindirilmək üçün aparılıb. Qonşuları bildirib ki, onları elə tələsik evdən çıxarıblar ki, qapıları açıq qalıb.
Digər tutulan şəxs İslam Babayevin iki qardaşı Azər və Rüstəmi isə İslam saxlanılan zaman götürüblər. Hər iki qardaş artıq bir neçə sutkadır ki, evdə gecələmir. İslamın anası isə yaxın vaxtlarda Bakıdan Sizrana yola düşəcək. Xatırladaq ki, polis polkovniki və 5 ailə üzvü xüsusi qəddarlıqla qətlə yetiriliblər. Cinayətdə şübhəli bilinən 4-cü şübhəli isə başqa ölkəyə qaçdığı üçün axtarışa verilib.


Tehsil-press.az

Oxşar xəbərlər